Binəqədi rayonu, Binəqədi şossesi | 09:00 - 18:00

Haqqımızda

Qardaşlar Təkər şirkəti Türkiyədən Azərbaycana gələrək bu ölkədə fəaliyyət göstərən və avtomobil təkərlərinin idxalı və satışı üzrə ixtisaslaşmış bir şirkətdir. Fəaliyyətimizin əsas məqsədi Azərbaycan bazarına keyfiyyətli, etibarlı və dünya standartlarına cavab verən təkərləri əlçatan etməkdir.

Biz Pirelli, CityStar, Linglong, Montreal, Vredestein və digər tanınmış dünya markalarının rəsmi məhsullarını Azərbaycana gətirərək onların satışını təşkil edirik. Məhsul çeşidimiz minik avtomobilləri, SUV və yüngül kommersiya nəqliyyatı üçün müxtəlif mövsümlərə uyğun təkərləri əhatə edir.

Kardeşler Təkər olaraq keyfiyyət, dürüstlük və müştəri məmnuniyyəti bizim əsas prinsiplərimizdir. Peşəkar komandamız hər bir müştərinin ehtiyacına uyğun düzgün seçim etməsinə dəstək olur və uzunmüddətli əməkdaşlığa önəm verir.

Məqsədimiz yalnız təkər satışı deyil, həm də etibarlı tərəfdaş olaraq avtomobil sahəsində müştərilərimizin yol təhlükəsizliyinə və rahatlığına töhfə verməkdir.